Xəzər Xəbər

"Neftçi" xal itirdi, "Qəbələ" qalib gəldi, "Qarabağ" vahid lider oldu VİDEO

Veb TV | 10:09 • 15 Aprel 2019
"Neftçi" xal itirdi, "Qəbələ" qalib gəldi, "Qarabağ" vahid lider oldu

Azərbaycan Premyer Liqasinda 24-cü tura yekun vurulub.

XəzərXəbər xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

"Keşlə" evdə "Qəbələ"ni qəbul edib və 0:1 hesabı ilə uduzub.

"Neftçi" isə səfərdə "Səbail"in qonağı olub. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Neftçi"nin xal itirməsindən sonra "Qarabağ" vahid lider olub.

Topaz Premyer Liqası

24-cü tur

"Keşlə” – "Qəbələ” - 1:2

Qollar:Con Kamara, 76 - Ceyms Adeniyi, 46, Davit Volkov, 65

Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

"ASK Arena”, 15:00

 

"Səbail” – "Neftçi” - 2:2

Qollar:Ədilxan Qarəhmədov, 81, Ağabala Ramazanov, 85 - Mirabdulla Abbasov, 50, Mamadu, Mbodj, 90+6

Qırmızı vərəqə: Aleksandr Rıbka, 90+6 ("Səbail")

Hakimlər:Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Nihad Məmmədov

"Bayıl Arena”, 18:00

 

Xəbər lenti