Xəzər Xəbər

Bakıda taksi sürücüsündən kobud qayda pozuntusu VİDEO

Veb TV | 14:57 • 17 Fevral 2019
Bakıda taksi sürücüsündən kobud qayda pozuntusu

Ötən gün axşam saatlarında Bakınnı Xətai rayonu ərazisində taksi kimi fəaliyyət göstərən minik avtomobilinin yol verdiyi qayda pozuntusu digər avtomobilin video-qeydiyyat cihazı tərəfindən lentə alınıb.

XəzərXəbər xəbər verir ki, Qara Qarayev prospektində - metronun Əhmədli stansiyasına doğru hərəkət edən "Daevoo Nexia" markalı minik avtomobili saat 20 radələrində maneə ilə ayrılmış yolun əks hərəkət hissəsinə keçib. Qəza şaraiti yaradan sürücü xeyli məsafəni yolun əks hərəkət zolağında qət edib və daha sonra maşınını yolun kənarında saxlayıb.

Məlum hadisəni əks etdirən videonu təqdim edirik.

Xəbər lenti