Xəzər Xəbər

Yol polisləri yolda qalan avtomobili təmir etdi VİDEO

Veb TV | 17:24 • 17 Fevral 2019
Yol polisləri yolda qalan avtomobili təmir etdi

Yol polisi əməkdaşları təqdirəlayiq hərəkətləri ilə gündəmə gəliblər.

Bu barədə Həmid Rüstəmov adlı Cəlilabad rayon sakini Avtosfer.az saytına 99 YP 576 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan Rauf və İlham adlı əməkdaşlar bərədə məlumat verib.

Vətəndaş deyir ki, özünə məxsus VAZ 21 06 markalı avtomobil ilə hərəkət edərkən Cəlilabad rayonu ərazisində maşın xarab olub. Yolda qalan sürücünün köməyinə YPX əməkdaşı çatıb.

Onlar avtomobili təmir etməkdə sürücüyə kömək edirlər. Belə ki, avtomobilin benzin nasosu sıradan çıxıb. YPX əməkdaşı avtomobili müvəqqəti təmir edib və onu işlək vəziyyətə salmaq üçün itələyiblər.

Sürücü vətəndaşlardan birinin çəkdiyi görüntüləri də təqdim edib.

Xəbər lenti

Çox oxunanlar