Xəzər Xəbər

20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi VİDEO

Veb TV | 18:18 • 20 Yanvar 2019
20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi

20 yanvar şəhidlərinin xatirəsi təkcə Şəhidlər Xiyabanında deyil, həm də ölkə üzrə bir dəqiqəlik sükutla yad edilib. Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Bakı buxtasındakı gəmilər siqnal səsi ilə şəhidlərimizi anıb.

Eyni mənzərə ''Azneft'' meydanı kimi tanınan yolda da yaşanıb. Nəqliyyat vasitələrinin hərəkəti tam dayanıb və hər kəs qanlı yanvar günü amansızca şəhid olmuş vətəndaşlarımızın xatirəsini ehtiramla yad ediblər.

Bakı metrosunda da həmin vaxt bütün stansiyalarda və tunellərdə qatarların və sərnişinlərin hərəkəti dayandırılıb, 1 dəqiqəlik fit verilib və şəhidlərin əziz xatirəsi yad edilib.

Xəbər lenti