Xəzər Xəbər

"Qarabağ"lı oynadı, komandası pley-offa yüksələ bilmədi - VİDEO

Veb TV | 14:19 • 20 Noyabr 2018
"Qarabağ"lı oynadı, komandası

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisində növbəti oyununu keçirib.

25 yaşlı futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsində Sloveniya ilə ev oyununda forma geyinib.

Start heyətdə meydana çıxan Slavçev sonadən mübarizə aparıb. O, 90+4-cü dəqiqədə sarı vərəqə alıb. Qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb. Qrupun digər matçında isə Norveç Kiprə 2-0 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Bolqarıstan yarışı 11 xalla 2-ci yerdə tamamlayıb.

Xəbər lenti