Xəzər Xəbər

Lənkəranda leysan: bir sıra yaşayış məhəllələri su altında qalıb - VİDEO

Veb TV | 20:24 • 12 Noyabr 2018
Lənkəranda leysan:

Leysan nəticəsində Lənkəranda həyətləri su basıb. Bir sıra yaşayış məhəllələri su altında qalıb.

Xezerxeber.az-ın məlumatına görə, yağışdan daha çox dağətəyi kəndlərdə yaşayan sakinlər ziyan çəkiblər. Çayların daşması və yuxarı ərazilərdən gələn sel suları yolları və həyətləri basıb. Rayonun Bürcəli, Xanbulan, Yuxarı Nüvədi, Səpnəkəran, Şovu və digər kəndlərdə yollarda hərəkət çətinləşib. Avtomobillər yollarda qalıb.

Bəzi ərazilərdə selin gətirdiyi torpaq və lil qatı evlərə dolub. Ayrı-ayrı təsərrüfatlarda vətəndaşlara xeyli ziyan dəyib.

Sel ziyan vurdugu ərazilərə texnikalar cəlb olunub və suyun istiqaməti dəyişdirilib.

Sel sularının fərdi yaşayış evlərinə və həyətyanı sahələrə dolması səbəbi ilə rayonun Şovu, Bürcəli, Şağlaküçə və Türkəkəran kəndlərində, ümumilikdə 63 nəfər xilasedicilər tərəfindən evlərdən təxliyə edilib.

Qeyd edək ki, Lənkəranda yağıntının miqdarı normadan çox olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti