Xəzər Xəbər

İntensiv yağışlar Astarada sürüşmə təhlükəsi yaradıb - VİDEO

Veb TV | 20:20 • 12 Noyabr 2018
İntensiv yağışlar Astarada sürüşmə təhlükəsi yaradıb -

Cənub bölgəsində intensiv yağışlar nəticəsində Astarada bəzi ərazilərdə sürüşmə aktivliyi yenidən artıb. Bu dəfəki torpaq sürüşməsi rayonun Taxtanəkəran-Miki avtomobil yolunun 5-ci kilometrliyində qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, toprpaq sürüşməsi nəticəsində yolun asfalt örtüyü 18-20 metr aralanaraq çatlar əmələ gəlib. Hazırda yolun hərəkət istiqaməti çokdüyü üçün avtomobillərin hərkətində də çətinliklər var.

Torpaq sürüşməsi təkcə yolun 5-ci kiometiriyini əhatə etmir. 4300 metrlik avtomobil yolunun bir neçə yerində dağdan sürüşərək yola düşən qaya parçaları da sürücülər üçün təhlükə mənbəyinə çevrilib. Sürüşmə nəticəsində sitrus bağlarına da ciddi ziyan dəyib.

Sürüşmə ilə bağlı Astara rayon İcra Hakimiyyətinin Siyəkü kəndi üzrə inzibati ərazi idarəetmə nümayəndəsi Xanəhməd Zahirov "Xəzər Xəbər"ə bildirdi ki, yolda baş verən sürüşmə ilə bağlı rayon rəhbərliyinə və yolun tikintisində işdirak edən podratçı şirkətə məlumat verilib. Yaxın günlərdə podratçı şirkət sürüşən ərazidə təmir-bərpa işlərinə başlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti