Xəzər Xəbər

Kirayə mənzil bazarında ev tapılmır: qiymətlər bahalaşıb - VİDEO

Veb TV | 20:57 • 9 Sentyabr 2018
Kirayə mənzil bazarında ev tapılmır:

Sentyabr ayı başlayar-başlamaz kirayə mənzil bazarında canlanma var. Həm universitetlərin açılması, həm də insanların yay istirahətindən paytaxta qayıtması kirayə ev tapmağı müşkül məsələyə çevirib. Kirayə mənzil axtaranlar deyir ki, büdcəsinə uyğun mənzil tapa bilmirlər. Rieltorlar isə əvvəlki aylara nisbətən kirayə qiymətlərinin artdığını deyir.

Tələb çox, mənzil isə tapılmır. Sentyabr ayının ilk günlərindən başlayaraq kirayə mənzil bazarında aktivlik müşahidə edilir.

Vətəndaşlar deyir ki, qiymətlər əvvəlki aylara nisbətən bahalaşıb.

Mənzil axtaranlar kirayə ev tutarkən əsasən metroya yaxın olmasına üstünlük verirlər. Buna görə də, metro yaxınlarında ev tapmaq ya baha başa gəlir, ya da ümumiyyətlə tapmaq mümkün deyil.

Rieltorlar da tələbin çox olmasına baxmayaraq, kirayə üçün təklif edilən evlərin az olduğunu deyirlər.

Yay aylarında mənzillər nisbətən ucuz olsa da hazırda qiymətlər artıb.

Qarşıdakı aylarda qiymətlərin nisbətən ucuzlaşacağı gözlənilir.

Xəbər lenti