Xəzər Xəbər

Yaxın günlərdə HAVA NECƏ OLACAQ? PROQNOZ - VİDEO

Veb TV | 20:51 • 9 İyul 2018
Yaxın günlərdə HAVA NECƏ OLACAQ?

Yaxıngünlərdə ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Bunu Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, hava əsasən isti və yağmursuz keçəcək. Ötən günlərlə müqayisədəhavanın temperaturunun tədricən 2-3 dərəcə yüksələcəyi proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında 2-3 gün ərzində əsasən günəşli hava şəraiti hökm sürəcək, cənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq.

Havanın temperaturu gecə saatlarında 24-27, günorta saatlarında isə 34-38 dərəcə arasında dəyişəcək. Eləcə də bölgələrdə yaxın 2-3 gün ərzində əsasən yağmursuz isti hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu bölgələrdə 33-38, Mərkəzi Aran rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 40-42 dərəcə isti, dağlıq ərazilərdə isə 27-32 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Xəbər lenti