Xəzər Xəbər

Bakıda insanlığa yaraşmayan hərəkət: Heyvanı yük maşınına bağlayıb, sürüdülər - VİDEO

Veb TV | 20:58 • 9 İyul 2018
Bakıda insanlığa yaraşmayan hərəkət:

Bu gün sosial şəbəkərlədə bir sürücünün yük maşının arxasına dananı bağlayaraq sürüməsi böyük narazılığa səbəb olub. Görüntü ictimailəşdikdən sonra bunu edən şəxs polis tərəfindən saxlanılaraq cərimələnib. Sürücü hərəkətindən peşman olduğunu bildirib və dananın ipi uzun olduğu üçün hərəkət zamanı yük yerindən düşdüyünü bildirib.

Yük maşının arxasına dananı bağlayaraq avtomobili hərkətə gətirir. Bu zaman dana ayağlarını yerə sıxsada gücü çatmadığından avtomobil onu sürüyür.

Bir müddət sonra dana yerə yıxılır və sürücü bu zamanda avtomobili saxlamayaraq asfalt üzərində hərkətə davam edir. Paytaxtın Yasamal rayonu ərazisində qeydə alınan bu görüntülərdə dana dartan avtomobilin 10 LO 913 dövlət qeydiyyat nişanlı olduğu görsənir.

Azərbaycan Heyvaların Müadfiəsi İcitimai Birliyinin Heyvan Hüquqları üzrə inzibatçısı Fəid Mansurovun sözlərinə görə isə bunu edən şəxs heyvanlarala amansız rəfta etmə maddəsinə əsasəncərimələnməlidir. Artıq sözügedən qurum günahkarın cəzalandırılması üçün ərizə ilə polisə müraciətdə edib.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə isə heyvanların belə daşındığdan sonra kəsilib yeyilməsidə tövsiyyə edilmir.

Hadisə ilə əlaqədar Xəzər Xəbər açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə görüntülər ictimailəşdikdən polis tərəfindən aparılan araşdırma ilə sürücünün 43 yaşlı Rüstəm Kərimov olduğu müəyyən edilib və o , heyvanalara dasınma qaydalarının pozulması və heyvalara qarsı amansız davranma maddələrinin tələbini pozuduğu üçün ümumilikdə 700 manat miqdarında cərimə edilib. Sürücü hərəkətindən peşman olduğunu bildirib və dananın ipi uzun olduğu üçün hərəkət zamanı yük yerindən düşdüyünü bildirib.

Xəbər lenti