Xəzər Xəbər

Xəstənin vəziyyəti tibbi müdaxilədən sonra ağırlaşdı VİDEO

Veb TV | 20:44 • 25 İyun 2018
Xəstənin vəziyyəti tibbi müdaxilədən sonra ağırlaşdı

Ruhi problemlərdən əziyyət çəkən Şəmkir sakininin vəziyyəti tibbi müdaxilədən sonra daha da ağırlaşıb. Yaxınları hadisəyə görə tibb işçilərini günahlandırırlar. Həkim isə xəstə yaxınlarının müalicə zamanı verilən dərmanın doza həddini aşdığını deyir.

Xəstənin vəziyyəti ağırlaşdı, yaxınları tərəfindən müalicə üçün xəstəxanaya gətirildi. Ancaq budəfəki müalicə onu yaxşılaşdırmaq əvəzinə, hərəkətsiz hala saldı.

Hadisə Şəmkirdə olub. Ulduz Məmmədova iddia edir ki, onun övladını həkimlər pis vəziyyətə salıblar. İllərdir ruhi əsəb xəstəliyindən əziyyət çəkən 23 yaşlı Əfsanə Məmmədovanın vəziyyəti 10 günə yaxındır ki, kritikdir.

Anasının sözlərinə görə, xəstəyə bu dəfə yazılan iynə-dərman onun halının daha da pisləşməsinə səbəb olub. Daha əvvəl isə bu cür hallar müşahidə edilməyib.

Əfsanə Məmmədovanın həkimi, rayonun psixiatrı Aidə Şirinova isə deyir ki, xəstəyə dərman təyinatı qayda üzrə aparılıb. Sadəcə onun mütəmadi qəbul etdiyi dərman olmadığından əvəzedicisi yazılıb. Anası da ona artıq doza verib.

Xəstənin vəziyyətinin ciddiliyi nəzərə alınaraq, o, Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində müalicəyə götürülüb.

Xəbər lenti