Xəzər Xəbər

Bakı Zooparkı dəyişir: ərazisi böyüyür, yenidən qurulur - VİDEO

Veb TV | 20:54 • 25 İyun 2018
Bakı Zooparkı dəyişir:

Bakı Zooparkına bitişik 2 hektarlıq ərazidə tikinti işləri aparılır. Orada heyvanlar üçün yeni qəfəslər quraşdırılacaq. Bununla da zopparkın ərazisi 2 dəfə böyüyəcək.

Zooparkın ərazisi genişləndirilir.

Bakı Zooparkının ərazisində tikinti işləri gedir. Ötən ilin avqustunda başlanılan işlər "İDEA" ictimai birliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. Zooparkının direktoru Azər Hüseynovun sözlərinə görə, tikinti işləri heyvanat parkına bitişik olan 2 hektarlıq ərazidə görülür. Orada heyvanlar üçün yeni qəfəslər və digər infrastruktur qurulacaq.

Məqsəd heyvanların yaşayış şəraitini yaxşılaşdırmaqdır. Orada zooparkı daimi su ehtiyatı ilə təmin etmək üçün su anbarı da tikiləcək. Həmin ərazidə işlər yekunlaşandan sonra heyvanların bir qismi yeni qurulan yerlərə köçürüləcək. Ardınca isə indiki zooparkın ərazisində təmir işləri görüləcək.

Yeni qurulan ərazinin 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbər lenti