Xəzər Xəbər

Bağçalara qəbul edilən müəllimlər testdən keçirilsin VİDEO

Veb TV | 20:55 • 12 İyun 2018
Bağçalara qəbul edilən müəllimlər testdən keçirilsin

Bağçalara qəbul edilən müəllimlər testdən keçirilsin. Orta məktəblərə şagird qəbulu zamanı yaxın ərazidə yaşayanlara üstünlük veriləcək. Bununla yanaşışəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyatına görə rüsum alınacaq. Bütün bu fikirlər parlamentin növbədənkənarplenar iclasındasəsləndirilib.

Paytaxtın Yasamal rayonundakıözəl baxçada baş verənlər bu gün MilliMəclisin gündəmindəydi.Parlamentdə Təhsil Haqqında qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa bir sıra təkliflə çıxışedib.

O da bildirilib ki, orta məktəblərə şagirdlərin qəbulu zamanı ərazi prinsipi nəzərə alınacaq. İlk növbədə məktəbin yerləşdiyi ərazidə yaşayan şagirdlər qəbul olunacaqlar. Bundan əlavə beynəlxalq olimpiadaların qalibi olmuş şagirdlər istənilən ixtisas üzrə, yerli olimpiadaların qalibləri isə müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbul ediləcəklər.

Millət vəkili Siyavuş Novruzov isədövlət proqramı əsasında xaricdə təhsil alıb və oradaişləyənlərlə müqavilə bağlamağın tərəfdarı olduğunu bildirib.

Bununla yanaşı şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunması nəzərdə tutulur..

Müzakirələrdən sonra qanunlara təklif edilən dəyişikilklər səsə qoyularaq qəbul edilib.

Xəbər lenti