Xəzər Xəbər

Rusiyanın yeni "Qiyamət günü silahı": Sunami yaradır, şəhərləri dağıdır - VİDEO

Veb TV | 12:07 • 25 Aprel 2018
Rusiyanın yeni "Qiyamət günü silahı":

Rusiyanın sualtı pilotsuz qayıqlarda yerləşdirilən nüvə silahı bir çox sahilətrafı şəhərləri məhv edə bilər.

NTV-nin verdiyi məlumata görə, Qərb mətbuatında "Qiyamət Günü silahı" kimi tanınan "Status-6" kompleksi aktiv şəkildə müzakirə olunur. Business Insider nəşri 50 meqaton gücündə olan döyüş başlığı daşıyan sualtı qayığın dağıdıcı imkanlarını vurğulayıb.

Bildirilir ki, 20-50 meqatonn gücündə olan silah sahilyanı xətlərdə 2011-ci ildə Yaponiyadakı zəlzələnin yaratdığı sunamidən də güclü nəticələr verə biləcək partlayış törədə bilər. Mütəxəssislər bildirilir ki, sualtı zərbə 100 metrəyə qədər zərbə yarada bilər.

Xatırladaq ki, RF prezidenti Federal Yığıncağa müraciəti zamanı dünyada analoqu olmayan silahları və onların uğurlu sınaqları barədə bəyan etmişdi./faktxəbər



Xəbər lenti

Çox oxunanlar