Xəzər Xəbər

Uçan “Terminatorlar” raketlərdən yayına biləcək VİDEO

Veb TV | 15:44 • 21 Aprel 2018
Uçan “Terminatorlar” raketlərdən yayına biləcək

Bütün "Mi-8AMTŞ-V” ("Terminator”) helikopterləri raket komplekslərinin hücumlarından qorunma sistemi ilə təchiz olunacaq.

XəzərXəbər Oxu.Az-a istinadən xəbər verir ki, Bu barədə "İnterfaks” Rusiyanın aviasiya sahəsində çalışan mənbəyə istinadən məlumat yayıb.

"2018-ci ilin payız aylarında bütün "Mi-8AMTŞ-V” helikopter parkının "Vitebsk” göyərtənin müdafiə kompleksi ilə təchizatı üzrə işlərin başa çatdırılması planlaşdırılır”, - deyə mənbə bildirib.

"Vitebsk” sistemi başlıca olaraq helikopterlərin infraqlırmızı tuşlama sistemi olan raket komplekslərindən mühafizəsi üçün nəzərdə tutulub. Sistem bir neçə kilometr radiusunda düşmən raketinin buraxılışını müəyyən edir və raketi hədəfdən yayındırır.

Xəbər lenti