Xəzər Xəbər

Novruz Məmmədov baş nazir oldu VİDEO

Veb TV | 15:32 • 21 Aprel 2018
Novruz Məmmədov baş nazir oldu
Bu gün Azərbaycanın yeni baş naziri təsdiqlənib. Milli Məclis növbədənkanar iclas keçirərək dövlət başçısı tərəfindən baş nazir postuna namizədliyi irəli sürülən Novruz Məmmədovu bu vəzifəyə təyin edilməsinə razılıq verib. Baş nazir kimi ilk çıxışını edən Novruz Məmmədov ona göstərilən etimadı doğrultmaq üçün çalışacağını vurğulayıb.

Milli Məclis bu gün Azərbaycanın yeni baş nazirini təsdiq etmək üçün toplandı. İclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov dövlət başçısı tərəfindən prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyinin irəli sürüldüyünü açıqlayıb.

Sonra çıxış edən millət vəkilləri Novruz Məmmədov haqqında fikirlərini bölüşüblər.

Daha sonra millət vəkilləri Novruz Məmmədovun namizədliyini səsə qoyaraq təsdiqləyiblər.

Daha sonra tribunaya qalxan Novruz Məmmədov baş nazir vəzifəsində ilk çıxışını edərək ona göstərilən yüksək etimadı doğrultmaq üçün çalışacağını vurğulayıb.

Çıxışdan sonra parlamentin spikeri Novruz Məmmədova yeni vəzifəsində uğurlar arzulayıb və iclası bağlı elan edib.

Xəbər lenti