Xəzər Xəbər

Tovuzda gənc tonqalın üstünə düşdü VİDEO

Veb TV | 20:46 • 28 Fevral 2018
Tovuzda gənc tonqalın üstünə düşdü

Tovuzda yeniyetmə oğlan çərşənbə axşamı tonqalın üstündən tullanarkən yıxılaraq xəsarət alıb.

Hadisə Əsrik Cırdaxan kəndində baş verib. 15 yaşlı Oruc Abbasov həyətlərində qaladıqları tonqalın üstündən tullanarkən əks tərəfdən atılan uşaqla toqquşub.

Yeniyetmə öymə-qusma əlamətləri ilə xəstəxanaya yerləşdirilib.


Həkimlərin müdaxiləsindən sonra xəstənin vəziyyəti yaxşılaşıb.

Xəbər lenti

Çox oxunanlar