Xəzər Xəbər

Azərbaycan dünya reytinqində 3-cü oldu VİDEO

Veb TV | 20:51 • 22 Yanvar 2018
Azərbaycan dünya reytinqində 3-cü oldu

Azərbaycan Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub. Ölkəmiz 80 ölkə arasında 3-cü yerə layiq görülüb. Siyahidakı bütün mdb və türkdilli ölkələri qabaqlayan Azərbaycan bu yeri aparılan iqtisadi islahatlar və qeyri-neft sektorundakı artım hesabına əldə edib.

Azərbaycan daha bir beynəlxalq uğur əldə edib.

İsveçrədə keçirilən iqtisadi forum çərçivəsində dünya ölkələrinin reytinqi açıqlanıb. Belə ki ölkəmiz Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksinə görə inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerdə qərarlaşıb. İqtisadci ekspert Vuqar Bayramov bildirir ki, Azərbaycan bu siyahıda bütün MDB və türkdilli ölkələri qabaqlayıb.

Dünya İqtisadi Forumunun "İnklüziv inkişaf indeksi - 2018" adlı hesabatında Azərbaycan 4,69 balla yalnız Litva və Macarıstandan geri qalıb. Hesabat artim ve inkisaf, inkluziv inkisaf və dayaniqli inkisaf istiqamətlərində 15 sahəni əhatə edib.

Onu da qeyd edək ki, hesabatda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin adları yer alıb. Azərbaycanın inkişaf etməkdə olan 80 ölkə arasında bütün parametrlər üzrə dəyərləndirmənin yekunu olaraq 3-cü yerə layiq görülüb.


Xəbər lenti