Xəzər Xəbər

Bakıda banka basqın - Silahlı quldur cinayət başında tutuldu - VİDEO

Veb TV | 20:48 • 19 Yanvar 2018
Bakıda banka basqın -

Bakıda banklardan birinin filialına basqın olub. Bıçaqlı şəxs xəzinədarı girov saxlayaraq bankın digər əməkdaşlarından pul tələb edib. Mühafizə polisinin çevikliyi ilə həmin şəxs zərərsizləşdirilib.

Bıçaqla silahlanan şəxs banka basqın edib.

Hadisə ötən gün banklardan birinin paytaxtın Yasamal rayonu ərazisindəki filialında baş verb. Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan bankdan Mərkəzi Mühafizə Məntəqəsinə ''həyəcan'' siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal hadisə yerinə gəliblər.

Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon 27-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib.

Saxlanılan şəxsin barədə araşdırmalar davam etdirilir.

Xəbər lenti