Xəzər Xəbər

Siqaretin ölkəyə gətirilməsi ilə bağlı YENİ TƏKLİFLƏR HAZIRLANIR - VİDEO

Veb TV | 20:51 • 19 Yanvar 2018
Siqaretin ölkəyə gətirilməsi ilə bağlı

Dövlət Gömrük Komitəsi işlənmiş təkərlərə tətbiq edilən rüsumların artırılması məsələsinə aydınlıq gətirib. Bununla yanaşı gömrük komitəsi xaricdən şəxsi istehlak üçün gətirilən siqaretin sayının azaldılması təklifi ilə Milli Məclisə müraciət edəcək.

Ötən il 1,2 milyon manatlıq qızıl, 1 milyon dollar valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb. Bununla yanaşı 2 tondan yuxari çətənə kolu, 100 kiloqramdan çox heroin müsadirə edilib.

2017-ci ilin yekunlarını qiymətləndirən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin sözlərinə görə ötən il büdcə proqnozları tam yerinə yetirilib

Aydın Əliyev bu ayın 1 dən etibarən ölkəyə gətirilən işlənmiş təkərlərə tətbiq edilən gömrük rüsumlarının 3 dollardan 10 dollara qədər artırılması məsələsinə də münasibət bildirib.Komitəsinin sədrinin sözlərinə görə Azərbaycan Bazel Konvensiyasına qoşulub və bu konvensiyanın tələblərinə əsasən təhlükəli məhsulların idxalına məhdudiyət tətbiq edə bilər. Azərbaycan da gömrük rüsumlarının artırılması üsulunu seçib.

Bu arada Gömrük Komitəsi xaricdən şəxsi istehlak üçün gətirilən siqaretin sayının azaldılmasını təklif edir.

Bunları nəzərə alan DGK qanunvericiliyə dəyişikliyin edilməsi ilə bagli Milli Məclisə müraciət edəcək.

Xəbər lenti