Xəzər Xəbər

Sabirabadda növbəti pambıq əkininə hazırlıq gedir - VİDEO

Veb TV | 17:58 • 7 Yanvar 2018
Sabirabadda növbəti pambıq əkininə hazırlıq gedir -

Sabirabad rayonu ərazisində pambıq səpini aparılacaq sahələrdə şumlanma işlərinə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, sahələrdə bol məhsul yetişdirilərək tədarük məntəqələrinə təhvil verilib. Artıq növbəti əkin mövsümünə hazırlıq işlərinə start verilib.

İlk olaraq sahələrin şumlanılmasına başlanılıb. Qaragüney kəndində pambıq əkinin ilə məşğul olan fermerlər sahələri şumlayır.

Fermerlərin bildirirlər ki, bu mövsümdə sahələrin şumlanılması həm məhsuldarlığa təsir edir, həm də zərərvericilərə və alaq otlarına qarşı aparılan ən optimal mübarizə üsuludur.

Sahələr şumlanıldıqdan sonra bir müddət dincə qoyulacaq və daha sonra suvarma işlərinə başlanılacaq. Aprel ayında hava şəraiti nəzərə alınaraq əkinə hazır vəziyyətə gətiriləcək.

Şum işləri Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə həyata keçirilir. İşlərin təyin olunan vaxtda başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, ötən il Sabirabad rayonu üzrə 15 min 555 hektar sahədə pambıq əkini həyata keçirilib və indiyə qədər 18 min 200 ton pambıq tədarük olunub. Yığım hazırda da davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti