Xəzər Xəbər

Avtobusu aşıran sürücü tutuldu - VİDEO

Veb TV | 18:20 • 7 Yanvar 2018
Avtobusu aşıran sürücü tutuldu -

Ötən gün avtobusla 20 nəfərin xəsarət alması ilə nəticələnən qəzanı törədən sürücü saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, qəzanı törədən, sürücülük hüququ olmayan 28 yaşlı Kamran Ağayev saxlanılıb. Həmin şəxsin 2012 ci ildə soyğunçuluq maddəsi ilə məhkumluq həyatı yaşadığı da bildirilir. İş üzrə cinayət işi açılıb, araşdırma aparılır.

175 saylı marşurut xəttinin dəstə rəhbəri Eldəniz Qasımov isə deyir ki, həmin gün qəzada iştirak edən avtobus bütün səndələri qaydasında olan başqa bir şəxsə təhvil verilib. Ehtimal olunur ki, sürücü yolda dəyişdirilib.

Eldəniz Qasımov iddia edir ki, qəzaya səbəb başqa bir minik avtomobili olub və xəsarət alanlara yardım edilib.

3 saylı şəhər kliniki xəstəxanasından verilən məlumata görə yaralıların əksəriyyəti evə buraxılıb, hazırda xəstəxanada Müşfiq Hüseynli, Taleh Həsənov, Səliqə Nəbiyeva və Sədi Namazov adlı şəxslər müalicə alır, onların da həyati təhlükəsi yoxdur və yaxın günlərdə evə buraxılacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar