Xəzər Xəbər

Yanğın zaman tüstüdən zəhərlənənlərin adları məlum oldu - VİDEO

Veb TV | 20:38 • 12 Dekabr 2017
Yanğın zaman tüstüdən zəhərlənənlərin adları məlum oldu -

Hündürmərtəbəli binanın liftində yaranan nasazlıq yanğına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə Mingəçevirdə baş verib. Doqquzmərtəbəli binanın birinci mərtəbəsindəki şaxtada başlayan alov tez bir zamanda şiddətlənib. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Yanğın zamanı 6 nəfər- 60 yaşlı Paket Mikayılova, 36 yaşlı Səbuhi Əhmədov, 29 yaşlı Röyal Quliyev, 25 yaşlı Nərgiz Əvəzqızı, 8 yaşlı Şahin Pənahov və 3 yaşlı Tahirə Nəcəfova tüstüdən zəhərlənərək Mingəçevir şəhər xəstəxanasına çatdırlıb. Zərərçəkənlərə tibbi yardım göstərilib. Yanğın zamanı doqquzmərtəbəli binanın 1-ci mərtəbəsindən 9-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqillərinin 30 p.m-i yanıb. Alovun mənzillərə keçməsinin qarşısı alınıb, 30-dan çox bina sakini isə təhlükəsiz əraziyə təxliyə edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti