Xəzər Xəbər

İnformasiya ombudsmanı ayrıca qurum olmalıdır - VİDEO

Veb TV | 09:52 • 24 Noyabr 2017
İnformasiya ombudsmanı ayrıca qurum olmalıdır  -
İnformasiya ombudsmanı ayrıca qurum kimi fəaliyyət göstərməlidir. 


Xezerxeber.az məlumat verir ki, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.


Ə.Amaşov deyib ki, informasiya ombusdmanının müstəqil qurum kimi yaradılması nəzərdə tutulurdu: "Çox təəssüf ki, həmin qurum İnsan Hüquqları üzrə Müvəkkilliyin (Ombudsman) tərkibinə verildi. İndiyə kimi bu qurumun fəaliyyəti ilə bağlı bizdə heç bir bilgi yoxdur. Səbəb olaraq deyirlər ki, Nazirlər Kabineti bu qurum üçün ştat ayırmır. Amma hesab edirəm ki, informasiya ombudsmanı üçün ştat ayrılmalı və müstəqil qurum kimi fəaliyyətə başlamalıdır". 


Xezerxeber.az mövzu ilə bağlı "Xəzər Səhər"in hazırladığı videomaterialı təqdim edir:




Xəbər lenti