Xəzər Xəbər

Lənkəranda yanacaqdoldurma məntəqəsində partlayış VİDEO

Veb TV | 20:48 • 21 Noyabr 2017
Lənkəranda yanacaqdoldurma məntəqəsində partlayış

Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub. Hadisə zamanı məntəqənin sahibi və daha bir nəfər ağır yanıq xəsarətləri alıblar. Yanğına səbəb yanacaq dolduran borudakı sızma olub.

Lənkəran rayonunun Separadi kəndində yanacaqdoldurma məntəqəsində yanğın olub. Həcmi 20 ton olan yeraltı yanacaq çəninin qapağı yanıb.

Çingiz Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə nəticəsində iki nəfər yanıq xəsarəti alıb. Məntəqənin sahibi və onun həmkəndlisi Tərlan Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Çingiz Allahverdiyevin vəziyyətinin ağır olduğu deyilir.

Fövqəladə Hallar Nazirliyinin Yaydığı məlumata görə alov yanğın bölmələri çatana kimi söndürülüb. Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğına səbəb yanacaq dolduran borudakı sızma olub.

Xəbər lenti