Türkiyə prezidenti Rəcəb
Tayip Ərdoğan NATO-nun Norveçdə keçirilən təlimlərində onun və Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün fotolarının düşmən
hədəfi kimi göstərilməsinə görə Alyans rəhbərliyinin üzrxahlığını qəbul
etməkdən imtina edib.
Bu barədə Ərdoğan hakim Ədalət və İnişaf Partiyasının toplantısında bildirib.
"Dünən NATO
təlimlərində yol verilən hörmətsizliyin şahidi oldunuz. Elə səhvlər var
ki, onu səfeh yox, alçaq adamlar edir. Bu cür mövzu adi üzrxahlıqla
bağlana bilməz”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, NATO-nun təlim mərkəzində Türkiyə dövlətinin qurucusu Atatürkün və hazırki prezident Rəcəb Tayyib Ərdoğanın şəkilləri atış üçün hədəf kimi seçilib. Bundan sonra Türkiyə NATO-nun Norveçdəki mərkəzi komandanlığındakı 40 hərbçisini təlimlərdən geri çağırıb.