Xəzər Xəbər

“Barselona”nın ulduzu göz yaşlarına boğuldu: “İstəsələr, komandadan ayrılacam” - VİDEO

Veb TV | 18:17 • 2 Oktyabr 2017
“Barselona”nın ulduzu göz yaşlarına boğuldu:

İspaniyanın "Barselona” futbol klubunun ulduzu Cerard Pike "Las Palmas” komandası ilə oynadıqları matçdan sonra mətbuata açıqlama verib.

Kataloniyada keçirilən referendum haqqında danışan ulduz futbolçu bu günə ən çətin matçına çıxdığını deyib:

"Bu günə qədər oynadığım ən çətin oyun idi. Klubun idarə heyəti matçı təxirə salmağa çalışsa da, alınmadı. Mövzunu müzakirəyə çıxardıq və klubumuz matça çıxmağımıza qərar verdi.

Polis və "Guardia Civil”in çəkdiyi fotolar ortadadır. Mən bir kataloniyalıyam və Kataloniya xalqının dirənişindən qürur duyuram. Səs vermək bizim haqqımızdır və bu haqq müdafiə edilməlidir”.

Göz yaşları içində açıqlama verən C.Pike lazım gələrsə, milli komandadan ayrılacağını da qeyd edib:

"Məncə, milli komandadakı fəaliyyətimə davam edə bilərəm. Bu gün İspaniyadakı hadisələri qəbul etməyən və demokratiyaya inanan çox insan var. Ancaq idarə heyəti, həqiqətən də, bir problem olduğunu düşünürsə, bu il ərzində milli komandanı buraxacam”.


Xəbər lenti