Xəzər Xəbər

Heç kimin görmədiyi 1 milyonluq sual VİDEO

Veb TV | 13:15 • 25 Sentyabr 2017
Heç kimin görmədiyi 1 milyonluq sual

Bilik müsabiqəsinin mövsüm finalında Çağdaş İrfan Yıldırım, ""Bir qız mənə əmi dedi, neyləyim" sözü hansı xalq şairinə aiddir" sualına düzgün cavab verərək 1 milyonluq suala çatmışdı.

Müsabiqənin dünən yayımlanan xüsusi bölümündə 19 yaşlı Çağdaş İrfan Yıldırım maraqla gözlənən 1 milyonluq sualı gördükdən sonra cavab verməyərək çəkilib.

Sual bu cür idi: Qurani-Kərimdə bunlardan hansına and içilməyib?

A: Dəniz, B: Günəş, C: Arı, D: Qələm.

Suala cavab verməsə də, Çağdaş İrfan Yıldırım "C" variantı üzərində düşündüyünü deyib. Sualın doğru cavabı da məhz "C" - Arı olub.

O, 1 milyonluq suala cavab vermədiyi üçün 250 min lirə qazanıb. Mükafatı təhsili üçün xərcləyəcəyini deyən Yıldırımın aldığı bu pul yarış tarixində ən yüksək məbləğ olub.

Xəbər lenti