Xəzər Xəbər

Mədət Quliyev: İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə ölüb - VİDEO

Veb TV | 20:52 • 24 Sentyabr 2017
Mədət Quliyev:

Hazırda İraqda İŞİD-də döyüşmək üçün gedən 900 azərbaycanlı var. Bu barədə açıqlama verən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev onların özlərinin və ailələrinin sonrakı taleyindən də danışıb.

İraqda İŞİD terror qruplaşmasının sıralarında 900 nəfər Azərbaycanlı döyüşür. Ancaq onların əksər hissəsi döyüşlərdə həlak olub. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev İraqdakı azərbaycanlılardan danışarkən belə deyib. O, xidmətin bu şəxslərlərlə bağlı fəal iş apardığını diqqətə çatdırıb.

Mədət Quliyev İŞİD-in bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da terror aktları törətmək istədiyini ancaq belə cəhdlərin qarşısının təhlükəsizlik xidməti əməkdaşları tərəfindən peşakarlıqla alındığını vurğulayıb.

Dövlət Təhlükəsizlik xidmətinin rəisi eyni zamanda valideynləri ölərək uşaqları İraqda sahibsiz qalan azərbaycanlılardan da danışıb.

Mədət Quliyev İraqda valideynsiz qalan uşaqların Azərbaycana gətirilməsi üçün aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq etdiklərini və bu işlərin İraqda olan təhlükəsizlik xidməti əməkdaşları tərəfindən koordinasiya edildiyini də söyləyib.


Xəbər lenti