Xəzər Xəbər

Müstəqil siyasətin təntənəsi: Prezidentin tarixi çıxışı bunu sübut edir - VİDEO

Veb TV | 20:47 • 24 Sentyabr 2017
Müstəqil siyasətin təntənəsi:

Heç şübhəsiz ki, ötən həftənin ən mühüm siyasi hadisəsi Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı idi. Dövlət başçısının nitqi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən tutmuş BMT-nin özündə aparılmalı olan islahatlara qədər, Azərbaycanın sosial-iqtisadi inkişafından tutmuş dünyanda enerji təhlükəsizliyində oynadığı rola qədər bir çox sahələri əhatə etdi. Təkzibolunmaz tarixi faktlar, real statistik rəqəmlərlə əsaslan bu çıxış ölkədə olduğu kimi xaricdə də rəğbətlə qarşılanıb.

Prezident İlham Əliyevin öz nitqinə bir başa Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasətininin fəsadları ilə başlaması çox böyük əhəmiyyət təşkil edirdi. Təkcə ona görə yox ki bu münaqişə hazırda nəyinki Azərbaycanın regionun inkişafına mane olan əsas problemdir, həm də təhlükəsizlik üçün başlıca təhdiddir. Digər tərəfdən bir gün öncə Ermənistan prezidentinin avantürsit çıxışı və səsləndirdiyi böhtanlar da cavabsız qala bilməzdi. Azərbaycanın təcavüzə məruz qalması torpaqlarının 20 faizinin işğal olunmasını diqqətə çatdıran prezident Sarkisyanın özünün də Xocalı soyqırımını törədən insanlardan biri olduğunu bəyan etdi.

Dövlət Başçısının BMT-nin ali kürsüsündən bu qurumun özünü ikili standartlarda ittiham etməsi xüsusi vurğulanmalıdır. Çünki BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini bəyan edir. Amma Ermənistanı sülhə vadar etmək üçün heç bir addım atmır. Əgər bu təşkilatlar öz qətnamələrinə icra etmək niyyətində deyilsə Azərbaycanın bunu etməyə həm iqtisadi, həm də hərbi gücü var. Prezident İlham Əliyevin nitqində aprel döyüşlərinə xüsusi yer verməsi heç də təsadüfi deyildi.

Dövlət Başçısı bildirdi ki, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, ermənistanı daha da azğınlaşdırır.

Dağlıq Qarabağ münaqişəsinin ardından Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi siyasi uğurlarından bəhs etməsində də əslində bir məntiqi ardıcıllıq var. Bu əslində onu göstərir ki, səsləndirilən hər bir sözün arxasında real güc və əməl dayanır. İşğalın nəticələrinə baxmayaraq Azərbaycan qısa müddətdə qüdrətli dövlətə çevrilib.

Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar bütün sahələr paralel inkişafına şərait yaradıb.

Daxili uğurlarla bərabər düzgün və prinsipal siyasət Rəsmi Bakını nəinki regional artıq beynəlxalq aktora çevirib. Qlobal dünyada multukultralizm, sivlizasiyalar arası dialoq kimi beynəlxalq dəyərlərə böyük töfhə verən və örnək dövlət kimi çıxış edən Azərbaycan eyni zamanda terror kimi qlobal təhdiddlərlə mübarizədə də ön sırada yer alır. Azərbaycanın beynəlxalq enerji təhlükəziliyində oynadığı rol isə artıq bütün dünya tərəfindən birmənalı şəkildə qəbul edilir.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı sözün əsl mənasında Azərbaycanın regionun və dünaynın reallıqlarını əks etdirirdi. Bu onu göstərdi ki, bəli hazırda dünyada bir çox məsələlərə ədalətsiz yanaşmalar mövcuddur və buna son qoymağın vaxtı çatıb. Ən vacibi isə prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan kiçik dövlət olsa da, lokal və regional çərçivəni çoxdan aşıb. Öz hesabına yaşayan asılacağı olmayan müstəqil siyasət yerdən, eyni zamanda da dünyada cərəyan edən hadisələrə də biganə qalmayan bir dövlətdir.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024