Xəzər Xəbər

Camış Gədəbəydə ƏHALİYƏ HÜCUM ETDİ ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO

Veb TV | 20:52 • 19 Avqust 2017
Camış Gədəbəydə ƏHALİYƏ HÜCUM ETDİ

Gədəbəydə camış iki qadına hücum edib. Qadınlardan biri aldığı zərbədən dünyasını dəyişib, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ağstafada da camışa qulluq edən qadın onun hücumuna məruz qalıb.

İki qadına hücum edən camış onlardan birini öldürüb, digərinə isə ağır xəsarət yetirib.

Hadisə Gədəbəyin Nərimankənd kəndində baş verib. Tovuzun Sarıtala kənd sakini, 49 yaşlı Məryəm Paşayeva təsərrüfatlarındakı heyvanlara qulluq edərkən qonşu fermaya məxsus camış ona qəfildən hücum edib və ağır xəsarətlər yetirib.

Bu zaman onun köməyinə baldızı, 60 yaşlı Maniə Quliyeva gəlib. Yardım etməyə çalışan qadının taleyi isə daha acınacaqlı olub. Camış Maniə Quliyevanın belinə buynuzu ilə ağır zərbə endirib. Qadın aldığı zərbədən hadisə yerində dünyasını dəyişib.

Məryəm Paşayeva isə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Ağstafada daqadın camışın hücumuna məruz qalıb. Rayonun Saloğlu qəsəbə sakini, 43 yaşlı Yaqut İbrahimova təsərrüfatlarındakı camışlara qulluq edərkən heyvanlardan biri ona hücum edib. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.


Xəbər lenti