Xəzər Xəbər

Bu dəfə onlar imtahan verdi VİDEO

Veb TV | 20:47 • 19 Avqust 2017
Bu dəfə onlar imtahan verdi

Təhsil müəssisələrində çalışan, müəllim olmayan, lakin pedaqoji fəaliyyətlə məşğul olan kadrların - direktor, direktor müavinləri, yerli təhsili idarəetmə orqanlarında çalışan metodist və dövlət qulluqçularının biliklərinin diaqnostik qiymətləndirilməsi aparılıb. İmtahanda iştirak edən müəllimlər bəzi sualların oxşar olduğunu bildirsə də, yüksək bal toplayan az deyil. Təhsil Nazirliyi diaqnostik qiymətləndirmənin müsahibə mərhələsi ilə bağlı sual doğuran məqamlara aydınlıq gətirib.

Şagirdlərdən imtahan götürən müəllimlər, bu dəfə özləri imtahan verdilər.

Bu gün pdeqaji fəaliyyətlə məşğul olanların biliklərinin diaqnostik qiymətləndirilməsi aparılıb.

Təhsil Nazirliyinin insan resurslari şöbəsinin müdir müavini Eşqi Bağırovun sözlərinə görə, qiymətləndirmədə 9 minə yaxin namizəd iştirak edib.

Nəticələrdən sonra tədris bacarıqları elə də qənaətbəxş olmayan rəhbər işçilər dərs demə hüququndan məhrum edilə bilər. Təhsil Nazirliyinin nümayəndəsi həmçinin 21-26 avqust tarixlərində ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcəyini də bildirdi.

Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.


Xəbər lenti