Xəzər Xəbər

Saatlar qaldı: İxtisas seçimi başa çatır - VİDEO

Veb TV | 20:56 • 10 Avqust 2017
Saatlar qaldı:

Ali məktəblərə ixtisas seçimi bugün yekunlaşır. Statistikaya əsasən hələ də ixtisaslarını seçən, amma ərizələrini təsdiqləməyən xeyli abituriyent var. Dövlət İmtahan Mərkəzi belə abituriyentlərə xəbərdarlıq edib

İyulun 29-da başlayan ixtisas seçimi bu gecə yekunlaşır. Buna baxmayaraq abituriyentlərin bir qismi hansısa səbəblərdən ərizələrini təsdiqləməyiblər. Dövlət İmtahan Mərkəzi belə abituriyentlərə diqqətli olmağa səsləyib

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, ərizələrin təsdiqlənməməsi abituriyentlərin seçim etməməsi anlamına gəlir. Bu isə onların çəkdikləri bütün əziyyətin hədər getməsinə səbəb olacaq

Nəticələr isə yaxın günlərdə elan ediləcək. Daha sonra isə ali məktəblərə daxil olmuş tələbələrin qeydiyyatı başlayacaq

Dövlət Mərkəzindən həmçinin o da bildirilib ki, ixtisas seçiminin təsdiqlənməsi üçün ayrılan müddət uzadılmayacaq. Yəni bu gün sutka bitənədək onlar ərizlərini təsdiqləməlidirlər.


Xəbər lenti

Çox oxunanlar