Xəzər Xəbər

"Real"dan "Qarabağ"a DƏSTƏK

İdman | 09:35 • 2 İyun 2024
"Real"dan "Qarabağ"a

"Qarabağ" 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Xezerxeber.az-ın məlumatına görə, İspaniya təmsilçisi "Real"ın turnirin qalibi olması Azərbaycan çempionunun işinə yarayıb.

"Köhlən atlar"la yanaşı Macarıstanın "Ferentsvaroş" kollektivi də bir mərhələdən azad olacaq.

Hər 2 komanda səpələnməmişlər səpətində yer alacaq.

Bu raundun püşkü iyunun 19-da atılacaq. II təsnifat mərhələsinin ilk oyunları 23-24 iyulda, cavab qarşılaşmaları 30-31 iyulda gerçəkləşəcək.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024