Xəzər Xəbər

Rəşad Sadıqov: Azarkeşlərin bu matça marağı böyükdür

İdman | 18:52 • 1 İyun 2024
Rəşad Sadıqov: Azarkeşlərin bu matça marağı böyükdür

"Mövsümün son oyununa çıxırıq. Bayram ab-havasında olacağıq. Azarkeşlərin bu matça marağı böyükdür".

Xezerxeber.az xəbər verir ki, bu sözləri "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov sabah Azərbaycan Kubokunun finalında "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. O, Azərbaycan Kubokunun finalında ikinci dəfə "Qarabağ"la qarşılaşacaqlarını xatırladıb: "Çox güclü komandaya qarşı mübarizə aparacağıq. Rəqib avrokuboklarda möhtəşəm mübarizə apardı. İndidən proqnoz vermək çətindir. Ümid edirəm ki, maraqlı oyun olacaq və sonda qələbə qazanan tərəf biz olarıq".

Onun sözlərinə görə, komandanın sabahkı nəticəsi avrokuboklardakı potensial rəqiblərin də yanaşmasına təsir edəcək: "Əlbəttə ki, "Qarabağ" kimi komanda ilə matçda nəticə qazanmaq rəqibləri də qorxuya salacaq. Başa çatan mövsümdə "Qarabağ"a qarşı oyunlarımız layiqli olub. Sabah meydandakı oyundan həzz almaq istəyirik".

Mütəxəssis itkilərin olmasına baxmayaraq, bunu meydanda hiss etdirməyəcəklərini deyib: "Uzunmüddətli zədələr oyunçuların vəziyyətinə təsir edir. Lakin mən futbolçulara inanıram. İki il əvvəlki finaldan fərqli olaraq, indi hər iki komanda inkişaf edib".

Qeyd edək ki, iyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək final qarşılaşması saat 20:00-da başlayacaq.

Rubrikanın digər xəbərləri

Ukraynadan ilk qələbə
Ukraynadan ilk qələbə AVRO-2024
19:26 • 21 İyun 2024
İspaniya 1/8 finalada
İspaniya 1/8 finalada Avro-2024
01:37 • 21 İyun 2024
Sloveniya - Serbiya matçında qalib olmadı
Sloveniya - Serbiya matçında qalib olmadı AVRO-2024
19:35 • 20 İyun 2024
Azərbaycan millisi FIFA reytinqində
Azərbaycan millisi FIFA reytinqində neçəncidir?
12:00 • 20 İyun 2024
Almaniyadan növbəti qələbə
Almaniyadan növbəti qələbə AVRO-2024
22:59 • 19 İyun 2024
Xorvatiya - Albaniya oyununda SÜLH
Xorvatiya - Albaniya oyununda SÜLH AVRO-2024
18:42 • 19 İyun 2024
UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi
UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi BƏLLİ OLDU
14:30 • 19 İyun 2024

Xəbər lenti