Xəzər Xəbər

Bakıda tikinti şirkəti vətəndaşların külli miqdarda pulunu mənimsəyib - ŞOK TƏFƏRRÜATLAR - VİDEO

Veb TV | 19:54 • 11 Mart 2017
Bakıda tikinti şirkəti vətəndaşların külli miqdarda pulunu mənimsəyib -

Bir qrup vətəndaş dələduzlarla üzləşdiklərini iddia edirlər.

Xezerxeber.az məlumat verir ki, bir tikinti şirkəti internetdə münasib qiymətə torpaq sahələrində evlər tikdiyi haqda elan yerləşdirib. Bundan sonra çoxlu müştərilər həmin şirkətə müraciət edib.

Müqavilə sənədini göstərən deyir ki, ilkin olaraq 15 min manat pul ödəyib. Gəlib söz verilən ərazini ölçəndə görüb ki, onlara vəd edilən ərazinin ölçüsü düzgün deyil. Elə şübhələr də burdan sonra başlayıb.

15 min manat ödənildikdən sonra ərazidə iş də görülməyib. Amma şirkət vətəndaşdan yenə pul ödəməsini tələb edib.

Elə vətəndaşlar var ki, hətta evlərinin pulunu tamamilə ödəyib. Amma verilən vaxt başa çatsa da, evlər hazır deyil.

Şikayətçilərlə birlikdə tikinti şirkətinin ofisinə yollandıq. Gəlişimizi xəbər alan işçilər və rəhbərlik ofisi boş qoyaraq aradan çıxıblar.

O da məlum oldu ki, şirkət, tikintidə işləyən usta və fəhlələrə də uzun müddətdir maaş vermirmiş. Bizimlə eyni vaxtda onlar da maaşlarını tələb etməyə gəlmişdi.

Onlar deyirlər ki, bundan sonra çarə qalır hüquq mühafizə orqanlarına şikayət etməyə.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti