Xəzər Xəbər

Köhnə raketlər ciddi təhlükə mənbəyidir - ekoloqlardan çağırış

Texnologiya | 15:30 • 8 Yanvar 2022
Köhnə raketlər ciddi təhlükə mənbəyidir - ekoloqlardan çağırış

Almaniyalı ətraf mühit mühafizəçiləri həyəcan təbili çalırlar: hələ də utilləşdirilməmiş on minlərlə köhnə raketdən partlayış təhlükəli nitroqliserin qazı ayrılır.

Bundesverin anbarlarında 30 ildən çox bundan əvvəl istehsal edilmiş 32,6 min ədəd 110 millimetrlik LAR raketi qalıb. Belə raketlər çox vaxt öz-özünə alışır. Bu halda ekoloji fəlakət baş verə bilər. Ordu komandanlığı raketləri utilləşdirilmək üçün daşımağa tələsmir, ətraf mühit mühafizəçiləri isə xəbərdarlıq edirlər ki, həmin raketləri bu vəziyyətdə, yəni heç bir tədbir görmədən saxlamaq da olmaz.

“Şpigel” jurnalı Müdafiə Nazirliyinin hesabatına istinadla yazır: “Korlanmış raketlərin saxlanıldığı sursat anbarları xüsusi sərəncam verilənə qədər bağlıdır. Şəxsi heyətin həyatının və sağlamlığının qorunmasına dair təxirəsalınmaz tədbirlər çərçivəsində bu sursatlarla rəftar etmək qadağan olunub”. (AZƏRTAC)

Xəbər lenti