Xəzər Xəbər

Bu “power bank” rəqiblərini geridə qoydu

Texnologiya | 12:33 • 12 Yanvar 2020
Bu “power bank” rəqiblərini geridə qoydu

ABŞ-ın Las-Veqas şəhərində CES (İstehlakçı Elektron Şousu) tərəfindən təşkil edilən sərgidə smartfon və kompüterlərlə yanaşı, "power bank”lar da təqdim olunub.

 "Tough Speed” şirkəti tərəfindən istehsal edilən "power bank” diqqət çəkib.

Belə ki, heç vaxt enerjisi bitməyən və dözümlülüyü ilə fərqlənən yeni model rəqiblərini geridə qoyub.

Hərbi şəraitə uyğun olaraq inkişaf etdirilən "power bank” qırılmayan materialdan hazırlanıb. Bundan əlavə, model IP66 sertifikatı ilə birlikdə suya davamlıdır.

20.000 mAh (milliamper/saat) tutumlu batareyaya ev sahibliyi edən "power bank” günəş panelləri ilə birlikdə bitməyən enerji təqdim edir. Beləcə, günəş işığının olduğu hər şəraitdə modeli enerji ilə təmin edə bilərsiniz.

USB kabel sayəsində enerji yığmaq də mümkün olacaq./publika.az

Xəbər lenti