Xəzər Xəbər

“Volkswagen” konserni robotların “əməyindən” istifadə edəcək

Texnologiya | 12:54 • 14 Mart 2019
“Volkswagen” konserni robotların “əməyindən” istifadə edəcək

Almaniyanın "Volkswagen” avtokonserni əl əməyi ilə icra edilən bəzi funksiyaların avtomatlaşdırılmasına və sərbəst qalan vəsaitin müasir IT-sistemlərə yatırılmasına keçid sayəsində 2024-cü il üçün təqribən 7 min iş yerini ixtisar edəcək. İstehsalçı ştatın ixtisar edilməsi hesabına hər il gəlirlərini 6 milyard dollar artıracaq.


AZƏRTAC xəbər varir ki, ixtisaslı işçilər üçün bu kədərli xəbəri avtokonsernin mətbuat xidmətinin başçısı Volsburqda açıqlayıb. Şirkətin rəhbərliyində buraxılan modellərin sayının, habelə xammal və material xərclərinin azaldılması ehtimalı da müzakirə olunur.

Xəbər lenti