Xəzər Xəbər

“iPhone X” sahiblərindən növbəti şikayət

Texnologiya | 13:26 • 25 Dekabr 2017
“iPhone X” sahiblərindən növbəti şikayət

"iPhone X” sahibləri cihazda növbəti çatışmazlıq barədə məlumat veriblər.

İKT.lent.az-ın "Ars Technica” portalına istinadən verdiyi xəbərə görə, yeni cihazı əldə edənlər "Face ID” (üz tanıma texnologiyası) funksiyası vasitəsilə ailəvi alış-veriş etməyin mümkün olmadığını deyiblər. Halbuki "iPhone”un əvvəlki modellərində "Touch ID” (barmaq izləri tanıma sistemi) buna imkan verirdi.

İstifadəçilər şikayətlənir ki, məsələn, onların övladları tərəfindən digər cihazlardan verilən sifarişlərin qəbulu üçün "Apple ID” parolunu daxil etmək tələb olunur, çünki "Touch ID” funksiyasını əvəz etmiş "Face ID” ilə bunu etmək qeyri-mümkündür.

Qeyd edək ki, daha əvvəl də istifadəçilər "Face ID”dən narahatlıqlarını ifadə etmişdilər, çünki 13 yaşdan aşağı olan uşaqlar bu funksiyanı aldada bilər. Başqa bir problem üz tanıma sisteminin əkizləri səhv salmasıdır. Bundan başqa, "iPhone X”un ekranının soyuq havada donması problemi də var idi, lakin "Apple” proqram yenilənməsi vasitəsilə bunu aradan qaldırdı.

Xəbər lenti