Xəzər Xəbər

“iPhone”ların Çində istehsalı dayandırılsın! - MƏHKƏMƏ İDDİASI

Texnologiya | 14:23 • 16 Oktyabr 2017
“iPhone”ların Çində istehsalı dayandırılsın! -

ABŞ-ın "Qualcomm” şirkəti məhkəməyə müraciət edərək "iPhone” smartfonlarının Çində istehsalı və satışının qadağan edilməsini istəyib.

İKT.lent.az-ın "Bloomberg”ə istinadən verdiyi xəbərə görə, "Qualcomm” bildirib ki, "Apple” onun bir sıra patentlərindən qanunsuz istifadə edir və lisenziya haqqını ödəmir.

"Qualcomm” mobil telefonlar üçün çip istehsal edir, şirkətin əsas gəlirlərini isə lisenziya ödənişləri təşkil edir. Analitiklərin hesablamalarına əsasən "Apple” lisenziyalar üzrə "Qualcomm”a 2 milyard dollar ödəyir.

Qeyd edək ki, bu ilin yanvarında "Apple” məhkəmədə "Qualcomm”dan 773 milyon dollar kompensasiya udub. Səbəb ikincinin bazarı inhisara alması olub.

Xəbər lenti