Xəzər Xəbər

“Apple” yeni onlayn proqram istifadəyə verdi - Təhsillə bağlıdır

Texnologiya | 13:37 • 16 Oktyabr 2017
“Apple” yeni onlayn proqram istifadəyə verdi -

"Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak yeni "Woz U” onlayn təhsil proqramını istifadəyə verib. Proqramda texniki təhsilin mənimsənilməsində müxtəlif insanlara yardımın göstərilməsi nəzərdə tutulur.


AZƏRTAC appleinsider.ru saytına istinadla xəbər verir ki, "Woz U” proqramına görə, servis texnoloji sahədə karyera seçimi ilə yanaşı, informasiya texnologiyaları şirkətlərinə yeni əməkdaşların təlimi üçün resurslardan istifadəyə imkan verəcək. Söhbət ilk növbədə proqram təminatı tərtibatçısı, mühəndis və s. kimi peşələrin nümayəndələrindən gedir.


Bildirilir ki, giriş kurslarından platforma istifadəçiləri pulsuz yararlana bilsələr də, gələcəkdə təlimin ödənişli olacağı gözlənilir. Kursların qiyməti barədə hələlik məlumat verilmir.


"Apple” şirkəti "iTunes U” adlı oxşar təhsil platformasına malikdir. Servisə artıq minlərlə təhsil müəssisəsi, o cümlədən dünyanın ən nüfuzlu ali təhsil ocaqları - Oksford, Kembric universitetləri, Massaçusets Texnologiya İnstitutu qoşulub. Bölmədən yüz mindən çox ABŞ tələbəsi istifadə edir.

Xəbər lenti