Xəzər Xəbər

“Instagram”dan şərhlərlə bağlı yenilik

Texnologiya | 14:36 • 16 Avqust 2017
“Instagram”dan şərhlərlə bağlı

"Instagram” sosial şəbəkəsinin "iOS” və "Android” mobil əməliyyat sistemləri üçün proqramı yenilənib.

Əsas yenilik şərhlərin göstərilməsi ilə bağlıdır.

XəzərXəbər ICTnews-a istinadən xəbər verir ki, yenilənmiş şərhlər daha əlverişlidir: indi kimsə şərhə cavab yazdıqda həmin cavab tam siyahıya deyil, həmin mesaja bərkidilir.

Bütün yeni cavablar qruplaşdırılacaq və onlara ayrı formada baxmaq mümkün olacaq. Həmçinin onlar bütün istifadəçilərə əlçatan olacaq.


Xəbər lenti