Xəzər Xəbər

“Google Allo” messenceri artıq brauzerdə əlçatandır

Texnologiya | 15:39 • 16 Avqust 2017
“Google Allo” messenceri artıq brauzerdə əlçatandır

"Google” şirkəti "Google Allo” messencerini veb brauzer üzərindən əlçatan edib. Bu haqda "Google Allo” və "Duo” messencerləri üzərində işləyən bölmənin rəhbəri Amit Fulay məlumat verib.

İndi kompüterdə "Google Allo” messencerinə giriş əldə etmək üçün allo.google.com/web ünvanına daxil olmaq lazımdır. Bundan sonra smartfonda "Allo” messencerinin menyusundan "Allo for web" punktunu seçmək və brauzerin səhifəsində göstərilmiş QR kodu skan etmək lazımdır. Lakin messencer hələ ki, yalnız "Chrome” brauzerini dəstəkləyir.

"Allo” messencerinin veb versiyasının işləməsi üçün smartfon daima şəbəkəyə qoşulmalıdır.

Xəbər lenti