Xəzər Xəbər

Instagram akkauntunuz sındırılma təhlükəsi ilə üz-üzə FOTO

Texnologiya | 12:41 • 14 Mart 2017
Instagram akkauntunuz sındırılma təhlükəsi ilə üz-üzə

ESET ekspertləri Instagram parol və loqinlərini oğurlayan 13 tətbiq müəyyən ediblər. Dələduzlar iddia edirdilər ki, tətbiq sosial şəbəkədə təqibçilərin, layk və şərhlərin sayını artıracaq.


Buna inanan istifadəçilər də heç nədən şübhələnmədən tətbiq üçün tələb olunan parol və loqinlərini qeyd edirdilər. Həmin məlumatlar adi mətn formasında hakerlərin əlinə keçir.


Bundan sonra tətbiq akkaunta giriş zamanı səhv parol barədə məlumat ötürür. Məsələ burasındadır ki, Instagram akkaunt sahiblərini qeyri-qanuni girişlər barədə xəbərdarlıq edir. İstifadəçi dələduzun əvəzinə akkauntun verifikasiyası prosedurunu keçir, bebəliklə də tətbiq sahibləri Sosial şəbəkənin şübhələrini öz üzərindən atır. Sındırılmış akkauntlar vasitəsi ilə spam yayılır, həmçinin təqibçi, layk və şərh «paketləri» satılır.


Hazırda tətbiqlər GooglePlay-dən silinib. Lakin əgər belə tətbiqdən istifadə etmisinizsə, dərhal Instagram akkauntun parolunu dəyişin.

Xəbər lenti