Xəzər Xəbər

Rusiya milli internet-ticarət sistemini yaradır

Texnologiya | 12:03 • 14 Mart 2017
Rusiya milli internet-ticarət sistemini yaradır

Rusiya internet-ticarət milli sistemini istifadəyə verəcək.


AZƏRTAC "vistanews.ru" saytına istinadla xəbər verir ki, layihə barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Oleq Fomiçev ətraflı məlumat verib.


O bildirib ki, bu platforma "Sberbank"da olduğu kimi yaradılacaq. Kiçik sahibkar şəxsi kabinetində öz mallarını təsvirlə yerləşdirə, tədarük müddətini göstərə və qiymətləri dəqiqləşdirə bilər. Bundan sonra o, həm daxili bazarda, həm də xaricdə öz məhsulunu təqdim edə biləcək. Ona məhsullarını elektron mağazalarda yerləşdirmək də təklif olunacaq.


Layihə ilə əlaqədar olaraq İqtisadi İnkişaf Nazirliyi, Rusiya İxrac Mərkəzi və "Sberbank" birgə əməkdaşlıq edəcəklər. Layihə artıq yaya yaxın istifadəyə veriləcək.


Nazir müavini kiçik biznes meyilləri barədə məlumat verərək qeyd edib ki, son üç il ərzində kiçik və orta sahibkarlıqda leqal işləyən əməkdaşların sayı 30 faiz artıb. Kiçik biznes iqtisadi vəziyyətin pisləşməsi ilə populyarlığını itirir. Hesab edirəm ki, üç-dörd ildən sonra kiçik biznes çox çətin mövcud olsun.

Xəbər lenti

Çox oxunanlar