Xəzər Xəbər

Çəkiliş zamanı iki nəfəri güllələyən aktyor: Şokdayam

Şou Biznes | 22:44 • 22 Oktyabr 2021
Çəkiliş zamanı iki nəfəri güllələyən aktyor: Şokdayam

Aktyor Alek Bolduin “Rust” filminin çəkiliş meydançasında səhvən operatoru və rejissoru gülləməsindən sonra ilk açıqlamasını verib.

Aktyor insidentin bütün detallarının araşdırılması üçün polislə əlaqədə olduğunu bildirib:

“Keçirdiyim şoku və Qalina Hatçinsonun ölümü ilə bağlı kədərimi təsvir edəcək söz tapmıram. Mən faciəni araşdıran polislə tam əməkdaşlıq edirəm”.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində filmin rejissoru körpücük sümüyündən yaralanıb./Teleqraf.com 

Xəbər lenti