Xəzər Xəbər

İbrahim Tatlıses gəlininə qızıl kəmər hədiyyə etdi

Şou Biznes | 13:29 • 14 Oktyabr 2021
İbrahim Tatlıses gəlininə qızıl kəmər hədiyyə etdi

Ötən həftə İbrahim Tatlısesin oğlu İdo ilə ailə həyatı quran model Yasemin Şefkatli toyundan fotolar paylaşmağa davam edir. 

XəzərXəbər xəbər verir ki, sonuncu dəfə qayınatası İbrahimlə şəklini yayımlayan Yasemin müzakirələrə səbəb olub. Buna səbəb modelin qalın qızıl kəmər taxması olub. Bunu Şefkatliyə qayınatası İbrahim hədiyyə edib. 

Qeyd edək ki, cütlüyün toyunda 550 nəfər iştirak edib. Hazırda İdo ilə Yaseminin yeni evlərinə köçdüyü bildirilir. Yasemin təmtəraqlı toyunda 3 gəlinlik geyinib. Gəlinliklərindən bir çoxu açıq-saçıq olduğundan qayınanası Dərya Tunanın iradından sonra o, libasını dəyişib.

Xəbər lenti