Xəzər Xəbər

Tuba Büyüküstünlə Murat Boz eşq yaşayır? - Bu FOTOlarla gündəm oldular

Şou Biznes | 16:58 • 13 Oktyabr 2021
Tuba Büyüküstünlə Murat Boz eşq yaşayır? - Bu FOTOlarla gündəm oldular

"Another Self” serialının baş rollarını oynayan aktrisa Tuba Büyüküstün və müğənni Murat Bozun eşq yaşadıqları iddia edilib.
 
Haqlarında yayılan bu cür məlumatları tez-tez inkar edən cütlüyün səmimi görüntüləri isə, fikirləri yenidən qarışdırıb. Belə ki, serialın digər aktrisası Burcu Alptekin sosial media hesabından fotolar paylaşıb. Sözügedən görüntülərdə  Büyüküstün və Bozun səmimi pozları diqqət çəkib.
Sosial mediada gündəm olan fotolar cütlüklə bağlı şübhələr yaradıb.
 
Xatırladaq ki,  "Athena”nın konsertində iştirak edən Tuba Büyüküstün jurnalistlərin "Murat Bozla eşq yaşayırsınızmı?” sualına "Dostuq” cavabını vermişdi. /Sfera.az 

 

Xəbər lenti