Xəzər Xəbər

Bengü boşanır? – 3 həftə əvvəl evlənib

Şou Biznes | 14:56 • 18 Sentyabr 2018
Bengü boşanır? – 3 həftə əvvəl evlənib

Beyaz TV-də yayımlanan "Söylemezsem olmaz” verilişində yeni ailə quran müğənni Bengünün boşanacağı deyilib.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, canlı yayım zamanı ifaçı verilişə zəng edib və yayılan xəbərin doğru olmadığını deyib:

"15 gündür ailə qurmuşuq. Belə şeyləri necə ağlınıza gətirə bilirsiz? Aramızda nə dava, nə də gərginlik olub. Bu haqda danışmaq belə insana pis təsir edir. Biz yeni evlənən ikiliyik. Belə xəbər hazırlamağınız belə düzgün deyil”.

Qeyd edək ki, Bengü və Səlim Səlimoğlunun toyu 29 avqustda baş tutub.

Xəbər lenti